AZAL dan təcili qərar: Bu istiqamətdə bütün reyslər ləğv edildi

14.06.2026

Icma.az xəbər verir, Yenisabah saytına əsaslanaraq.

Naxçıvanda hökm sürən əlverişsiz hava şəraitinin davam etməsi səbəbi ilə Azərbaycan Hava Yollarının (AZAL) 14 iyun 2026-cı il tarixi üçün planlaşdırılan Bakı-Naxçıvan-Bakı marşrutu üzrə reysləri ləğv olunub.

“Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat xidmətindən “Yeni Sabah”a daxil olan xəbərə görə, hava şəraiti sabitləşdikdən sonra reyslərin icrasına davam ediləcək. Sərnişinlər mümkün dəyişikliklərlə bağlı ətraflı məlumatlandırılacaqlar.


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью