AZAL dan TƏCİLİ QƏRAR: Bu istiqamətdə reyslər ləğv edildi

27.06.2026

Yenisabah portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbaycan Hava Yollarının (AZAL) 27 iyun 2026-cı il tarixinə planlaşdırılan Bakı–Naxçıvan reysləri Naxçıvan aeroportunda müşahidə olunan ildırımlı hava şəraiti səbəbindən ləğv edilib.

“Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat xidmətindən “Yeni Sabah”a daxil olan xəbərə görə, sərnişinlərə mümkün dəyişikliklərlə bağlı ətraflı məlumat veriləcək və hava şəraiti sabitləşdikdən sonra uçuşlar ştat rejimdə icra edilməyə davam edəcək.

AZAL-da bütün qərarlar sərnişinlərin və ekipajın təhlükəsizliyinin təmin olunması məqsədilə qəbul edilir və beynəlxalq aviasiya təhlükəsizliyi standartlarına uyğun şəkildə həyata keçirilir. Pepperoni pizza


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью