AZAL gün ərzində orta hesabla neçə reys həyata keçirir?

05.08.2026

Icma.az, Cebheinfo portalına istinadən məlumat verir.

Yay mövsümündə xaricə səfər edənlərin sayı artır.

Məzuniyyət dövrünün başlaması ilə bir çox insan istirahətini ölkə hüdudlarından kənarda keçirməyə üstünlük verir. Bu isə beynəlxalq aviareyslərə tələbatın yüksəlməsinə və populyar istiqamətlər üzrə uçuşların intensivləşməsinə səbəb olur.

Bu dövrdə ən çox seçilən istiqamətlər, uçuşların intensivliyi və aviaşirkətlərin sərnişin axınına uyğun gördüyü tədbirlər maraq doğuran məsələlərdəndir.

Maraqlıdır, AZAL dünyanın neçə ölkəsinə müntəzəm reyslər həyata keçirir? AZAL gün ərzində orta hesabla neçə reys həyata keçirir? Ən çox reys həyata keçirilən ölkələr hansılardır?

Mövzu ilə bağlı “Cebheinfo.az”-a "Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidmətindən bildirilib ki, Azərbaycan Hava Yollarının marşrut şəbəkəsi hazırda 27 ölkədə yerləşən 52 şəhəri əhatə edir:

“2026-cı ilin ilk yarısında aviaşirkət bu istiqamətlər üzrə gündə orta hesabla 47 müntəzəm reys həyata keçirib.
Milli aviadaşıyıcının beynəlxalq marşrut şəbəkəsində ən intensiv uçuş proqramı Türkiyə, Rusiya, Gürcüstan, Qazaxıstan və Hindistan istiqamətləri üzrə icra olunur.

Qeyd edək ki, aviaşirkət sərnişin tələbatını və bazar dinamikasını mütəmadi təhlil edərək uçuş proqramını optimallaşdırır, zərurət yarandıqda isə mövsümi və artan tələbat nəzərə alınmaqla əlavə reyslər təyin edir”.

Gülər Həsənli
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью