AZAL ın bələdçisindən nümunəvi davranış: Sərnişinə belə kömək etdi VİDEO

24.09.2026

Icma.az, Avtosfer portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Təyyarədə tək səyahət edən görmə məhdudiyyətli qadına AZAL-ın stüardessasının göstərdiyi həssas münasibət diqqət çəkib.

Avtosfer.az xəbər verir ki, uçuş zamanı stüardessa yol boyunca sərnişinin qayğısına qalıb, onu hər mərhələdə məlumatlandırıb və ehtiyac yarandıqda kömək edib.

Bildirilib ki, stüardessa təxminən yarım saat ərzində səbirlə qadının yemək yeməsinə də yardım göstərib. Sərnişinin özünü rahat və təhlükəsiz hiss etməsi üçün ona xüsusi diqqət göstərilməsi ətrafdakıların da diqqətindən yayınmayıb.

Hadisəni lentə alan şəxs belə həssas və diqqətli münasibətin paylaşılmağa dəyər olduğunu qeyd edib.

Görüntülər sosial şəbəkələrdə yayılıb və istifadəçilər tərəfindən maraqla qarşılanıb.

Eltac Zülfüqaroğlu

bax.tvhttps://player.bax.tv/embed/227242.html?utm_source=playerden&utm_medium=paylasim&utm_campaign=avto-moto-xeberler

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью