Marja.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
2026-cı ilin yanvar-may aylarında “Azərbaycan Hava Yolları” QSC-nin ixrac göstəricisi 6 milyon 100 min ABŞ dolları təşkil edib.
Bu barədə Marja.az İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi “İxrac icmalı”nın 2026-cı il üzrə iyun sayına istinadən xəbər verir.
2025-ci ilin eyni dövründə bu göstərici 6 milyon 600 min ABŞ dolları idi. Nəticədə AZAL-ın ixracı 500 min ABŞ dolları və ya 7,6% azalıb.
AZAL üzrə azalma böyük həcmdə olmasa da, xidmət ixracında müəyyən zəifləməni göstərir. Aviasiya xidmətləri üzrə ixrac gəlirlərinin sabitliyi turizm, tranzit və beynəlxalq daşımaların dinamikasından asılıdır.