AZAL ın Müşahidə Şurasının üzvləri dəyişib

22.08.2025

Apa.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"Azərbaycan Hava Yolları" (AZAL) QSC-nin Müşahidə Şurasının üzvləri dəyişib.

"APA-Economics" xəbər verir ki, Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON) icraçı direktoru Şahin Babayev, AZCON-un icraçı direktorunun müavini Vüqar Mirzəzadə, AZCON-un maliyyə departamentinin direktoru Taylan Tekeli Şuranın üzvləri təyin ediliblər.

Qeyd edək ki, qurumun Müşahidə Şurasının sədri rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevdir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью