Icma.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
"AZAL-ın təyyarə qəzası ilə bağlı hesabatı xarici laboratoriyalar tərəfindən araşdırıldıqdan sonra dərc olunacaq".
Oxu.Az xəbər verir ki, bunu Qazaxıstanın nəqliyyat naziri Nurlan Saujranbayev yerli mediaya açıqlamasında bildirib.
"Faciə ilə bağlı yekun hesabat xarici laboratoriyalardan məlumatlar alındıqdan sonra hazırlanacaq.
Nümunələr Rusiya və Azərbaycan tərəflərinə təhvil verilib, daha sonra isə Azərbaycan onları xarici mütəxəssislərə göndərib.
Aviasiya modulu bölməsi müayinə üçün amerikalı bir istehsalçıya yönləndirilib", - deyə o izah edib.
Nazir onu da bildirib ki, iki əcnəbi laboratoriyanın məlumatları hələlik onlara daxil olmayıb.
Xatırladaq ki, 2024-cü il dekabrın 25-də Aktau yaxınlığında Bakıdan Qroznıya uçan AZAL aviaşirkətinin təyyarəsi qəzaya uğrayıb.