AZAL Moskvaya olan reysləri DAYANDIRDI

26.12.2024

Icma.az xəbər verir, Bizim media saytına əsaslanaraq.

Xəbər verdiyimiz kimi, Rusiyanın Şeremetyevo, Domodedovo, Vnukovo, Jukovski və Kaluqa hava limanlarının fəaliyyətində müvəqqəti məhdudiyyətlər tətbiq edilib.
Bizim.Media-nın əldə etdiyi məlumatlara görə, "Azərbaycan Hava Yolları" (AZAL) aviaşirkəti də Rusiyanın Moskva şəhərinə olan uçuşları müvəqqəti olaraq dayandırıb.
 

Məsələ ilə bağlı hələlik AZAL-dan rəsmi məlumat verilməyib.


Qeyd edək ki, istintaq prosesi başa çatana qədər "Azərbaycan Hava Yolları" aviaşirkətinin Bakı-Qroznı-Bakı və Bakı-Mahaçqala-Bakı marşrutları üzrə reysləri də dayandırılıb.
Xatırladaq ki, dekabrın 25-də Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” tipli sərnişin təyyarəsi Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə olan 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.
Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью