AZAL qeyri sabit hava ilə əlaqədar MƏLUMAT YAYDI

21.02.2025

Icma.az, Bizim media portalına istinadən məlumat verir.

Hazırda ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava ilə əlaqədar olaraq, Heydər Əliyev Beynəlxalq Aeroportunda uçuşlar cədvələ uyğun şəkildə həyata keçirilir.
Bu barədə Bizim.Media-ya AZAL-dan bildirilib.
Qeyd edilib ki, uçuşların təhlükəsiz və fasiləsiz icrasını təmin etmək məqsədilə hava limanında bütün zəruri tədbirlər görülməkdədir.
Uçuş-enmə zolaqları və sürmə yolları mütəmadi olaraq xüsusi texnika vasitəsilə təmizlənir və buzlanmaya qarşı xüsusi maddələrlə emal edilir. Bundan əlavə, hava gəmilərinin buzlanmadan qorunması üçün "de-icing" (buzdan təmizləmə) prosedurları tətbiq olunur.
Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью