AZAL Rusiyanın bu şəhərinə uçuşları yenidən başlayır

07.09.2026

Marja.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakı-Həştərxan-Bakı istiqamətində müntəzəm uçuşlar sentyabrın 30-da bərpa olunacaq.

Bu barədə Həştərxan Beynəlxalq Hava Limanını məlumat yayıb.

VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Bildirilib ki, "Azərbaycan Hava Yolları" QSC (AZAL) Azərbaycan paytaxtına birbaşa müntəzəm uçuşları həyata keçirəcək.

Məlumata əsasən, Həştərxan Beynəlxalq Hava Limanından uçuşlar həftədə üç dəfə - çərşənbə, cümə və bazar günləri planlaşdırılır. Səyahət müddətinin 1 saat 25 dəqiqə olması gözlənilir. Daşıyıcı bu marşrut üzrə "Embraer E-190" təyyarələrindən istifadə edəcək.

Xatırladaq ki, AZAL 2025-ci il fevralın 3-də Rusiyanın Həştərxan şəhəri üzərində hava məkanının mütəmadi olaraq bağlanması səbəbindən Bakı-Həştərxan-Bakı marşrutu üzrə bütün uçuşları qeyri-müəyyən müddətə dayandırmışdı.

İş elanları AzVak.az-da

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью