AZAL TelƏviv istiqamətində uçuşları bərpa edir

29.11.2024

Icma.az, GlobalInfo portalına istinadən məlumat yayır.

Azərbaycanın milli aviadaşıyıcısı AZAL 30 noyabr tarixindən etibarən Bakıdan İsrailin Tel-Əviv şəhərinə və əks istiqamətdə olan uçuşları bərpa edir. 

“Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat xidmətindən Globalinfo.az-a istinadən bildirir ki, aviaşirkət uçuşları həftənin hər günü yerinə yetirəcək.

Aviabiletləri rəsmi www.azal.az saytından, aviaşirkətin mobil tətbiqindən, eləcə də AZAL-ın kassalarından və akkreditə olunmuş agentliklərindən əldə etmək mümkündür. Mobil tətbiqi yükləmək üçün linkə keçid edə bilərsiniz: https://bit.ly/azal-app.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью