AZAL TəlƏviv istiqamətində uçuşları bərpa edir

29.11.2024

Icma.az, Azpost portalına istinadən məlumat yayır.

Azərbaycanın milli aviadaşıyıcısı AZAL noyabrın 30-dan etibarən Bakıdan İsrailin Təl-Əviv şəhərinə və əks istiqamətdə olan uçuşları bərpa edir.

AZAL-dan bildirilib ki, aviaşirkət uçuşları həftənin hər günü yerinə yetirəcək.

Aviabiletləri rəsmi www.azal.az saytından, aviaşirkətin mobil tətbiqindən, eləcə də AZAL-ın kassalarından və akkreditə olunmuş agentliklərindən əldə etmək mümkündür. Mobil tətbiqi yükləmək üçün linkə keçid edə bilərsiniz: https://bit.ly/azal-app.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью