AZAL TelƏviv istiqamətində uçuşları bərpa edir AZƏRTAC

29.11.2024

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 29 noyabr, AZƏRTAC

Azərbaycanın milli aviadaşıyıcısı AZAL noyabrın 30-dan etibarən Bakıdan İsrailin Tel-Əviv şəhərinə və əks istiqamətdə olan uçuşları bərpa edir.

AZAL-dan AZƏRTAC-a bildirilib ki, aviaşirkət uçuşları həftənin hər günü yerinə yetirəcək.

Aviabiletləri rəsmi www.azal.az saytından, aviaşirkətin mobil tətbiqindən, eləcə də AZAL-ın kassalarından və akkreditə olunmuş agentliklərindən əldə etmək mümkündür. Mobil tətbiqi yükləmək üçün linkə keçid edə bilərsiniz: https://bit.ly/azal-app.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью