AZAL TəlƏvivə uçuşları bərpa edir

29.11.2024

Icma.az, Axar.az saytına istinadən bildirir.

Sabahdan "Azərbaycan Hava Yolları" QSC (AZAL) Bakıdan İsrailin Təl-Əviv şəhərinə və əks istiqamətdə olan uçuşları bərpa edəcək.

AZAL-dan Axar.az-a verilən məlumata görə, uçuşlar hər gün yerinə yetiriləcək.

Aviabiletləri rəsmi www.azal.az saytından, aviaşirkətin mobil tətbiqindən, eləcə də AZAL-ın kassalarından və akkreditə olunmuş agentliklərindən əldə etmək mümkündür. Mobil tətbiqi yükləmək üçün bu linkə keçid etmək olar: https://bit.ly/azal-app.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью