AZAL TelƏvivə uçuşları bərpa edir

29.11.2024

Icma.az, Anews portalına istinadən məlumat yayır.

Azərbaycanın milli aviadaşıyıcısı AZAL 30 noyabrdan etibarən Bakıdan İsrailin paytaxtı Tel-Əvivə və əks istiqamətdə uçuşları bərpa edir. Hava yolları şirkəti reysləri hər gün həyata keçirəcək, bu barədə Azerbaijan Airlines-in mətbuat xidməti məlumat yayıb.

Aviabiletləri rəsmi www.azal.az saytından, aviaşirkətin mobil tətbiqi vasitəsilə, eləcə də kassalardan və Azerbaijan Airlines-in akkreditə olunmuş agentliklərindən əldə etmək olar.


www.anews.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью