AZAL təyyarəsini vuran Pantsir ekipajı dindirildi | Icma.az
Qaynarinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Qroznıda AZAL təyyarəsinin qəzası ilə bağlı araşdırmanın "hərbiyə aid hissəsi” məxfiləşdirilib.
Qaynarinfo APA-ya istinadən xəbər verir ki, bu barədə "ВЧК-ОГПУ" Teleqram kanalı məlumat yayıb.
Bildirilib ki, Rusiya İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkin və Komitənin mərkəzi aparatının təcrübəli müstəntiqlərinin Çeçenistan Respublikasına səfərinə baxmayaraq, əslində hərbçilərlə bağlı bütün istintaq hərəkətləri yerli 505 VSO-nun (Rusiya İstintaq Komitəsinin Çeçenistanda yerləşən 505-ci Hərbi İstintaq Şöbəsi) müstəntiqləri tərəfindən həyata keçirilir.
"Təyyarəyə raket zərbələri endirən "Pantsir” döyüş maşınının ekipajı şöbə rəisi tərəfindən dindirilib.
Ezam edilmiş müstəntiqlərə gəlincə, onların bəziləri Aktauya gedib, orada onlara qəza yerində işləmək üçün icazə verilib, bəziləri isə Qroznıda işləyir.
Onlar dispetçeri və aerodromun uçuş rəhbərini dindiriblər. Hələlik istintaqın dispetçərə və uçuş rəhbərinə sualları yoxdur.
Təyyarə qəzasına təsir göstərə bilən digər halların təhlili də aparılır.
Tam oxu
Xəbəri oxu