AZALa 5,9 mln. manat subsidiya ayrılacaq

18.11.2024

Gununsesi portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Gələn ilin dövlət büdcəsindən “Azərbaycan Hava Yolları” QSC-yə (AZAL) 5,9 milyon manat subsidiya ayrılması nəzərdə tutulub.

Gununsesi.info  xəbər verir ki, bu barədə 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində bildirilib.

Qeyd edilib ki, bu vəsait Naxçıvan Muxtar Respublikasına edilən aviareyslərə, Böyük Vətən müharibəsi əlillərinin və iştirakçılarının, habelə onlara bərabər tutulan şəxslərin Müstəqil Dövlətlər Birliyi ölkələrinə nəqliyyatda gedişlə bağlı tətbiq edilən güzəştlər hesabına yaranan zərərin örtülməsi üçün və Füzuli Beynəlxalq Hava Limanına təşkil ediləcək reyslərə görə yaranacaq zərərin subsidiyalaşdırılması məqsədilə ayırılır.

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью