AZALdan BakıKazan reysinin təhlükə ilə üzləşməsi xəbərlərinə REAKSİYA

03.01.2025

Oxu.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) Mətbuat Xidməti bəzi media resurslarında yayılan Bakı-Kazan reysinin Rusiyanın Həştərxan şəhəri üzərində təhlükə ilə üzləşməsi barədə xəbərlərə münasibət bildirib.

AZAL-ın Mətbuat Xidmətindən Oxu.Az-a verilən məlumata görə, adıçəkilən reys 2025-ci il yanvarın 1-də cədvələ uyğun şəkildə və beynəlxalq təhlükəsizlik standartlarına tam riayət edilməklə həyata keçirilib.

Şirkət yayılan məlumatların həqiqətə uyğun olmadığını vurğulayıb və reysin heç bir təhlükə ilə üzləşmədiyini bildirib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью