AZALdan BakıKazan reysinin təhlükə ilə üzləşməsi xəbərlərinə REAKSİYA Xəbər saytı Son xəbərlər və Hadisələr

03.01.2025

Baku.ws saytına istinadən Icma.az xəbər verir.

"Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) Mətbuat Xidməti bəzi media resurslarında yayılan Bakı-Kazan reysinin Rusiyanın Həştərxan şəhəri üzərində təhlükə ilə üzləşməsi barədə xəbərlərə münasibət bildirib.

AZAL-ın Mətbuat Xidmətindən BAKU.WS-ə verilən məlumata görə, adıçəkilən reys 2025-ci il yanvarın 1-də cədvələ uyğun şəkildə və beynəlxalq təhlükəsizlik standartlarına tam riayət edilməklə həyata keçirilib.

Şirkət yayılan məlumatların həqiqətə uyğun olmadığını vurğulayıb və reysin heç bir təhlükə ilə üzləşmədiyini bildirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью