AZALın Aktauda qəzaya uğrayan təyyarəsində 72 nəfər olub KONKRET

25.12.2024

Icma.az, Konkret.az portalına istinadən məlumat verir.

AZAL-ın Bakı-Qroznı reysini yerinə yetirən sərnişin təyyarəsi qəzaya uğrayıb.

KONKRET.az xəbər verir ki, təyyarə Xəzər dənizi üzərində “SOS” siqnalı verib.

Daha sonra məcburi eniş etmək üçün Qazaxıstana istiqamət alan təyyarə Aktau aeroportunda qəzaya uğrayıb.

İlkin məlumata görə, təyyarədə 67 sərnişin, 5 ekipaj üzvü olub.

AZAL-dan APA-ya bildirilib ki, “Azərbaycan Hava Yolları” aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi Aktau şəhərinin 3 km yaxınlığında qəza enişi edib.

Hadisə ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью