AZALın rəsmi nümayəndəsindən yeni AÇIQLAMA

25.12.2024

Icma.az, Olke.az saytına istinadən bildirir.

Qazaxıstanda baş vermiş təyyarə qəzası ilə əlaqədar yerli rəsmilərlə hadisə yerində operativ əlaqə təmin edilir.

Ölkə.az xəbər verir ki, bunu AZAL-ın rəsmi nümayəndəsi Fərid Hüseynov bildirib.

Onun sözlərinə görə, adıçəkilən ölkənin qəza-xilasetmə xidmətləri görülən işlərə operativ şəkildə dəstək göstərir:

“Eyni zamanda, hadisənin səbəblərinin araşdırılması üçün xüsusi istintaq qrupu yaradılıb. Azərbaycanın Baş prokurorunun müavini də şəxsən hadisə yerindədir. Bununla yanaşı, Azərbaycandan Aktauya qəza-xilasetmə qrupu da göndərilib”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью