AZALın təyyarəsi Qroznıda duman səbəbindən Mahaçqalaya, sonra Aktauya yönləndirilib FOTO

25.12.2024

Bizim media portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Qroznıda duman səbəbindən Bakıdan gələn təyyarə Mahaçqalaya, oradan isə Aktauya yönləndirilib.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Çeçenistan paytaxtının hava limanının mətbuat xidməti yayıb.
Qeyd edək ki, Azərbaycan Hava Yolları (AZAL) aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi Aktau şəhərinin 3 km yaxınlığında qəzaya uğrayıb. İlkin məlumata görə, hadisəyə səbəb hava gəmisinin quş sürüsü ilə toqquşması olub.
KİV-in məlumatına görə, qəzaya uğrayan təyyarənin göyərtəsində 67 sərnişin və 5 ekipaj üzvü olub.

Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью