AZALın təyyarəsinin qalıqları qəza yerindən GÖTÜRÜLDÜ VİDEO | Icma.az
Icma.az, Bizim media portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Aktauda qəzaya uğrayan AZAL-a məxsus təyyarənin qalıqları hadisə yerindən götürülüb.Bizim.Media xəbər verir ki, bu barədə görüntülər “Telegram”ın Qazaxıstan seqmentində yayılıb.Xatırladaq ki, dekabrın 25-də Bakı-Qroznı marşrutu üzrə uçan "Embraer 190" sərnişin təyyarəsi Aktaunun hava limanından 3 km məsafədə qəzaya uğrayıb.
Aktau şəhərində qəzaya uğrayan Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsində 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub.Son məlumata görə, qəza nəticəsində 26 vətəndaşımız həyatını itirib, 16 Azərbaycan vətəndaşı isə sağ qalıb.İstintaqın ilkin nəticələrinə əsasən müəyyən edilib ki, AZAL-ın təyyarəsi Rusiyanın “Pantsir-S” hava hücumundan müdafiə sistemi tərəfindən Qroznı şəhərinə yaxınlaşarkən hücuma məruz qalıb.
Bizim.Media Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu