“AZAL”ın təyyarəsinin qəzası ilə əlaqədar Seuldakı səfirliyimizdə başsağlığı kitabı açılıb AZƏRTAC

27.12.2024

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Pekin, 27 dekabr, AZƏRTAC

“Azərbaycan Hava Yolları”nın Bakı-Qroznı reysini yetirə yetirən sərnişin təyyarəsinin Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədar ölkəmizin Koreya Respublikasındakı səfirliyində başsağlığı kitabı açılıb və dövlət bayrağı yarıya endirilib.

AZƏRTAC xəbər verir ki, Koreya Respublikası Xarici İşlər Nazirliyinin məsul işçiləri, Seuldakı diplomatik missiyalarının rəhbərləri, soydaşlarımız səfirliyə gələrək xatirə kitabına ürək sözlərini yazıb, yaralılara şəfa diləyiblər. Həmçinin səfirliyin elektron poçtuna başsağlığı məktubları daxil olub.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью