“AZALın təyyarəsinin qəzaya uğraması məni çox kədərləndirdi”

25.12.2024

Qafqazinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

İsrail Prezidenti İsxak Hersoq Qazaxıstanın Aktau şəhərində AZAL-a məxsus təyyarənin qəzaya uğraması ilə bağlı başsağlığı verib.

“Qafqazinfo” xəbər verir ki, o, bununla bağlı "X" hesabında paylaşım edib.

“Bu gün səhər saatlarında Aktau yaxınlığında Azərbaycan Hava Yollarının Bakı-Qroznı istiqamətində uçan təyyarəsinin qəzaya uğraması məni çox kədərləndirdi. Prezident İlham Əliyevə, Azərbaycan xalqına və yaxınlarını itirmiş bütün xalqların ailələrinə dərin hüznlə başsağlığı verirəm. Bütün yaralıların tezliklə sağalması üçün dua edirəm”, - İsxak Hersoq bildirib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью