AZALın təyyarəsinin uçuş öncəsi görüntüsü 13 yaşlı Məhəmmədəli də görünür VİDEO

30.12.2024

Icma.az bildirir, Manset saytına əsaslanaraq.

Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayan AZAL-a məxsus “Embraer 190” təyyarəsinin uçuş öncəsi görüntüləri yayılıb.

Manset.az-ın məlumatına görə, görüntülərdə Bakı-Qroznı reysini yerinə yetirən təyyarəyə minən sərnişinlər arasında 13 yaşlı
Yeganov Məhəmmədəli Fərid oğlu da var. 

Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Avialaynerin göyərtəsində olan 67 nəfərdən 42-si Azərbaycan, 16-sı Rusiya, 6-sı Qazaxıstan, 3-ü isə Qırğızıstan vətəndaşı olub. Onlardan 38-i həlak olub, 29-u sağ qalıb.

Qəzadan sonra xəstəxanaya 27 şəxs daxil olub. Onlardan 15 nəfər Azərbaycan Respublikasının, 8 nəfər Rusiya Federasiyasının, 3 nəfər Qırğızıstan Respublikasının vətəndaşıdır. Bir nəfərin şəxsiyyəti, hələlik müəyyən edilməyib.

Hər iki pilot da daxil olmaqla 3 ekipaj üzvü həlak olub, iki ekipaj üzvü isə sağ qalıb.

Посмотреть эту публикацию в Instagram

Публикация от Manset.az (@manset.az)

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью