Azan oxunanda Ronaldo məşqi dayandırdı

03.12.2024

Qol.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Əl-Nəsr"in sabiq futbolçusu Valid Abdulla keçmiş komanda yoldaşı Kriştiano Ronaldo haqqında diqqətçəkən açıqlamalar verib.

QOL.az xəbər verir ki, o, 39 yaşlı hücumçunun İslam dininə xüsusi maraq göstərdiyini deyib: 

"Ronaldo İslamla çox maraqlanır. Hətta namazın rükətlərini öyrənməyə başlamışdı. Azan oxunarkən Ronaldo məşqi dayandırmışdı. O, bütün dostlarını dua etməyə çağırırdı".

Qeyd edək ki, Ronaldo 2022-ci ilin dekabr ayında "Əl-Nəsr"lə 2,5 illik müqavilə imzalamışdı. 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью