Azarkeş “Barselona”nın futbolçusuna hücum etdi

15.09.2026

Icma.az, Qol.az portalına istinadən məlumat yayır.

Azarkeş “Barselona”nın futbolçusuna hücum etdi

“Barselona”nın müdafiəçisi Pau Kubarsiyə İspaniya çempionatının 5-ci turunda “Levante”yə 2:4 hesabı ilə uduzduqları oyundan sonra azarkeş hücum edib.

QOL.az xəbər verir ki, "Daily Sport" nəşrinin məlumatına görə, bir nəfər tribunalardakı hasarı aşaraq 19 yaşlı futbolçunun üzərinə gedib. Azarkeş Kubarsini tutaraq onu güclə dartıb. Üç mühafizəçi müdaxilə edərək həmin şəxsi zərərsizləşdirib və meydandan uzaqlaşdırıb.

Qeyd edək ki, Kubarsi bu mövsüm bütün turnirlərdə 5 oyunda iştirak edib və məhsuldar hərəkətlərlə yadda qalmayıb. Onun “Barselona” ilə müqaviləsi 2029-cu ilin yayına qədər qüvvədədir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью