Azarkeş kimi də yetişməliyik

29.11.2024

futbolpress-az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“Qarabağ” yaxşı oynasa da, “Lion”a 1:4 hesabıyla uduzdu. Böyükhesablı məğlubiyyətin iki əlaməti qabarıq sezilirdi; rəqibin ustalıq səviyyəsinin daha yüksək olması və “atlılar”ın şanssızlığı. 

İndi Avropa Liqasında liqa mərhələsini keçmək müşkülə çevrildi. Belə desək, AL-in yeni reqlamenti təmsilçimizə düşərli olmadı.

Bir məqam da sezilir. Sanki “Qarabağ” rəqibi ilk oyunda “oxuyub”, ikincidə məğlub edə bilirdi.

Bütün bu amillər Azərbaycan futbolunun səviyyəsindən söhbət açmağı, qınamağı labüd edir. Lakin bunu o qədər edirik ki, zəhlətökən əzbərə çevrilib.

Bu dəfə toxunmaq istədiyim məqam azarkeşlərlə bağlıdır.

“Lion” ikinci qolu vurandan sonra tribunalardan”qopub düşən” azarkeşlərin hərəkətliliyi dördüncü qoldan sonra lap sürətləndi. Demək olar, stadionda çox az adam qalmışdı.

Məğlubiyyəti alqışlamaq, dəstəkləmək olmur, bu, anlaşılandır. Lakin bizimki bu şablona, zərurətə, reallığa aid deyil. Bizimki istisnadır. Biz “Qarabağ”ın necə bir istisna olduğunu qəbul etmiriksə, yaxud anlamırıqsa, 1-2 qol buraxan kimi narsistcəsinə stadionu tərk ediriksə, deməli, şikayət etdiyimiz futbolumuzdan yaxşı deyilik.

Azarkeş kimi də yetişməliyik…

Elçin Cəlilov

Əsas xəbərlər, Ölkə futbolu Mikautadze və Benzia

29 Noyabr 2024, 10:25

Əsas xəbərlər, Manşet, Ölkə futbolu AL: “Qarabağ” bu göstəricilərdə “10-luğ”a düşdü

29 Noyabr 2024, 9:24

Əsas xəbərlər, Manşet, Ölkə futbolu Hesaba uyğun olmayan oyun

29 Noyabr 2024, 8:51

Dünya futbolu, Əsas xəbərlər “Qarabağ”ın futbolçularından laqeydlik

29 Noyabr 2024, 1:15

Dünya futbolu, Əsas xəbərlər, Manşet Qurban Qurbanov: “Narazılığın həddi var”

29 Noyabr 2024, 0:52

Əsas xəbərlər, Manşet, Ölkə futbolu “Qarabağ” məğlub oldu

28 Noyabr 2024, 23:38

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью