Azarkeş Lebron Ceymsi aldadıcı reklama görə məhkəməyə verdi

09.10.2025

Idman.biz portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Amerikalı basketbol ulduzu Lebron Ceyms azarkeş tərəfindən dələduzluq və aldatma ittihamı ilə məhkəməyə verilib.

İdman.biz xəbər verir ki, azarkeş Ceymsin “İkinci qərar” adlı reklam kampaniyası zamanı ictimaiyyəti çaşdırdığını iddia edib.

O, basketbolçunun karyerasını bitirəcəyi ilə bağlı yayılan şayiələrdən sonra “Leykers”in son oyununa iki bilet alıb. Hər bilet üçün 866 dollar ödəyən azarkeş elə zənn edib ki, bu, Lebronun vida oyunu olacaq. Lakin sonradan məlum olub ki, söhbət reklam kampaniyasından gedirmiş.

Nəticədə biletlərin qiyməti 80 faiz ucuzlaşıb. Azarkeş isə bildirib ki, aldığı biletlər “tamamilə dəyərsiz” olub və o, maddi zərərin ödənilməsini tələb edir.

İdman.Biz

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью