Oxu.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
UEFA Millətlər Liqasının yarımfinal mərhələsi çərçivəsində keçirilən Almaniya - Portuqaliya matçı başlamazdan əvvəl xoşagəlməz hadisə baş verib.
Oxu.Az sports.ru saytına istinadla xəbər verir ki, futbolçular "Allianz Arena" stadionunda isinmə hərəkətləri edərkən azarkeşlərdən biri meydana daxil olub.
O, əlində telefonla Kriştianu Ronaldu ilə selfi çəkməyə çalışıb.
Lakin portuqaliyalı ulduz futbolçu kənara çəkilərək bu hərəkətə etiraz edib. Gənc azarkeş bu dəfə arxadan Ronaldunu tutmağa çalışıb.
Daha sonra stüardlar və mühafizəçilər azarkeşi tutaraq Ronaldunun yanından uzaqlaşdırıblar.
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.