Azarkeş narazıdır: “Turan Tovuz”da fərqli problem

28.09.2026

sport24.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Turan Tovuz" klubunda azarkeşlərin narazılığı səngimək bilmir. Sport24.az xəbər verir ki, tərəfdarların bu dəfəki narazılığı komandanın "Fənərbağça" ilə keçirəcəyi yoxlama oyununun Bakıda təşkil olunması ilə bağlıdır.
Qərb təmsilçisi dünən axşam saatlarında qarşılaşmaya artıq 16 min bilet satıldığını açıqlayıb. Lakin bu rəqəm Tovuzda heç də hamını sevindirməyib. Əksinə, bəzi azarkeşlər qarşılaşmanın paytaxtda keçirilməsinin onların üçün yaratdığı çətinliklərdən narazıdır.
Tərəfdarlardan biri – "Facebook" istifadəçisi Əkbər Məmmədov-Eminov fikirlərini belə ifadə edib: "Heç olmasa Gəncədə keçirilərdi. "Turan" üçün alışıb-yanan kasıb təbəqə rahat baxardı. Yenə Ehtiram müəllimin ətrafındakılar bildiyini etdi. Nəysə".
Elşən Ələkbərov adlı azarkeş isə məsələyə daha sərt yanaşaraq yazıb: "Bakıda bileti pulsuz paylayırlar".
Görünən odur ki, "Turan Tovuz"un "Fənərbağça" ilə oyununu Bakıda keçirmək qərarı azarkeşlər arasında birmənalı qarşılanmayıb. Qarşılaşmaya marağın yüksək olması sevindirici görünsə də, Tovuz tərəfdarlarının bir hissəsinin oyundan kənarda qalması ilə bağlı narazılıqların qarşıdakı günlərdə də davam etməsi istisna deyil.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью