Azarkeşə hücum çəkən Veysəl Rzayev cəzalandırıldı

08.04.2025

Fanat saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Misli Premyer Liqasının XXIX turunda, “Səbail”lə matçda azarkeşi vurmağa cəhd edən "Turan Tovuz"un futbolçusu Veysəl Rzayev biri şərti olmaqla 2 oyunluq cəzalandırılıb.

Fanat.Az xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsinin iclasında qərar qəbul olunub.

Futbolçunun intizamsızlığına görə Tovuz təmsilçisi 2000 manat cərimələnib. Sınaq müddəti 3 ay təyin olunub.

“Sabah” – “Kəpəz” oyunu bitdikdən sonra Gəncə klubunun azarkeşləri pirotexniki vasitədən istifadə ediblər. Buna görə qonaq komanda 1500 manat ziyana düşüb.

“Araz-Naxçıvan” – “Sumqayıt” matçında isə azarkeşləri tərəfindən hakimlərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirilib. Bu hal cari mövsümdə 3-cü dəfə təkrarlandığına görə Sumqayıt təmsilçisi 1000 manat cərimələnib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью