Azarkeşin başı qatarla platforma arasındakı boşluğa ilişdi FOTO

02.12.2025

Avtosfer saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Çexiya polisi dəmiryol vağzalında başı qatarla platforma arasındakı boşluğa ilişən futbol azarkeşini xilas edib.

Avtosfer.az "Bild" nəşrinə istinadən xəbər verir ki, asayiş keşikçiləri həmin şəxsi huşsuz vəziyyətdə tapıblar. Xilas edilən kişinin sərxoş olduğu və platformada özünə gəldiyi müəyyən olunub.

Məlumata görə, azarkeş Almaniyadan UEFA Avropa Liqasının "Viktoriya Plzen" - "Frayburq" matçına (0:0) baxmaq üçün Çexiyaya gəlib.

Polisin açıqlamasında bildirilir ki, o, sərxoş vəziyyətdə vağzalda azıb, qatarı tapa bilməyib, müvazinətini itirərək yıxılıb.

Futbol azarkeşi daha sonra xəstəxanaya özü təkbaşına gedib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью