Azarkeşlə dalaşdı, cəzalana bilər

06.09.2026

Icma.az, Qol.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azarkeşlə dalaşdı, cəzalana bilər

“Kardiff”in müdafiəçisi Kristian Belik İngiltərə Futbol Assosiasiyası tərəfindən araşdırmaya cəlb oluna bilər.

QOL.az xəbər verir ki, "Talksport" nəşrinin məlumatına görə, hadisə Çempionşipin “Portsmut”la oyunu zamanı baş verib. “Kardiff”in 0:2 hesabı ilə məğlub olduğu qarşılaşmanın 70-ci dəqiqəsində Belik topu götürmək üçün tribunaya yaxınlaşıb. Bu zaman gənc azarkeş topu onun başının üzərindən geri atıb.

Buna əsəbiləşən polşalı futbolçu azarkeşi boynundan tutub. Azarkeş isə Beliki itələyib və məlumata görə, onun üzünə zərbə endirib.

Hadisədən sonra oyun təxminən 3 dəqiqə dayandırılıb. Həmin vaxt artıq sarı vərəqəsi olan Belikə əlavə cəza verilməyib. Azarkeş isə daha sonra stadiondan uzaqlaşdırılıb.

Qeyd olunur ki, Belik cərimə və ya diskvalifikasiya cəzası ilə üzləşə bilər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью