Idmanxeber.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır. “Bizim üçün çox çətin oyun oldu.
Hamı elə düşünürdü ki, “Səbail” sonuncu sıradadır deyə, yüz faiz udacağıq. Ancaq gördüyünüz kimi çətin oyun oldu.
Matçda elə çox epizodlar da olmadı. Məncə, iki xal itirdik. Bu görüşdə 3 xal bizə çox lazım idi. Ancaq təəssüf ki, alınmadı”.
Bu sözləri İdmanxeber.az saytına “Turan Tovuz”un futbolçusu Ayxan Hüseynov “Səbail” oyunu (0:0) barədə danışarkən deyib.
O, daha sonra belə davam edib: “Komandanın boşaldığını düşünənlər var.
Ancaq biz hələ 4-cü pillədəyik, avrokuboklar üçün şansımız davam edir. Növbəti oyunda evdə “Sabah”ı qəbul edəcəyik. Olduqca vacib görüşdü.
Hazırda bu oyuna hazırlaşırıq”. Ayxan Hüseynov “Səbail” matçının ardından azarkeşlərlə futbolçular arasında baş vermiş qalmaqaldan da danışı
Onlara hər zaman minnətdarıq. Hər oyun tribunada olurlar, bizi tək qoymurlar. Dəstəklərini həmişə hiss edirik.