Qol.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
“Everton” yarımmüdafiəçi Harrison Armstronqun “Nottinqem Forest”ə transferini azarkeşlərin etirazından sonra dayandırıb.
QOL.az xəbər verir ki, bu barədə “The Guardian” məlumat yayıb. Bildirilir ki, “Everton” daha əvvəl 19 yaşlı futbolçu üçün “Nottinqem Forest”in təklif etdiyi 35 milyon funt sterlinqlik məbləği qəbul edib və Armstronqun transferi rəsmiləşdirmək üçün Nottinqemə getməsinə icazə verib. Lakin şənbə günü “Bornmut”la oyunda “Everton” azarkeşləri Armstronqun satılmasına kəskin etiraz ediblər.
Məlumata görə, tribunaların reaksiyası klub rəhbərliyinin qərarına təsir edib. “Everton” şənbə günü gec saatlarda mövqeyini dəyişib və bazar günü səhər “Nottinqem Forest”ə transferin baş tutmayacağını bildirib.