Icma.az bildirir, Qol.az portalına istinadən.
“Barselona” ilə oyunda iki real qol imkanını boşa verən Xulian Alvares “Atletiko” azarkeşlərinin etirazı ilə üzləşib. Lakin baş məşqçi Dieqo Simeone argentinalı hücumçuya dəstək olaraq onu oyunun sonunadək meydanda saxlayıb.
QOL.az xəbər verir ki, bu barədə Kataloniyanın “Sport” nəşri məlumat yayıb.
“Barselona”nın 2:1 hesablı qələbəsi ilə başa çatan görüşdə Alvaresin fürsətləri dəyərləndirə bilməməsi “Metropolitano” stadionunda azarkeşlərin onu fitə basmasına səbəb olub.
Buna baxmayaraq Simeone futbolçusunu əvəzləməyib və matçdan sonra ona dəstək verib:
“Bizim üçün o, çox önəmlidir və ona ehtiyacımız var. Xulianın ən yaxşı versiyasını görmək istəyirik. Buna nail olmaq üçün onunla işləyəcəyik”.
Qeyd edək ki, “Atletiko” ilk hissədə üstün oyun nümayiş etdirsə də, fasilədən sonra “Barselona”nın baş məşqçisi Hans Diter Flikin taktiki dəyişiklikləri qarşılaşmanın gedişinə təsir edib. Simeonenin Pablo Barrios, Koke, Kanq-in Li və Aleks Baenanı əvəzləməsi isə komandanın orta sahədəki balansını pozub.