Azarkeşlər futbolçuların klubdan göndərilməsini tələb etdilər

15.02.2025

Icma.az, Qol.az saytına istinadən bildirir.

Səudiyyə Ərəbistanı çempionatında 20-ci turun “Əl-Hilal” - “Ər-Riyad” matçından sonra qalmaqal yaşanıb.

QOL.az xəbər verir ki, görüş başa çatdıqdan sonra “Əl-Hilal”ın futbolçuları Malkom və Sergey Milinkoviç-Saviçlə azarkeşlər arasında münaqişə yaranıb.

Aktiv azarkeşlər oyun səviyyəsindən və futbolçuların çıxışından narazılıqlarını bildiriblər. Malkom və Milinkoviç-Saviçlə azarkeşlər mübahisə ediblər.

Sosial mediada bəzi azarkeşlər futbolçuların klubdan getməsini tələb ediblər.

Qeyd edək ki, "Əl-Hilal" hazırda ölkə çempionatında 2-ci yerdədir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью