Azarkeşlər Samir Abasovdan üzr istədi

10.12.2024

Icma.az, futbolpress-az portalına istinadən məlumat yayır.

“Sumqayıt” azarkeşlərin “Neftçi” ilə matçda qonaq komandanın baş məşqçisi Samir Abasovun ünvanına təhqiredici şüarlar səsləndirdiklərinə görə üzr istəyib.

Futbolpress.az xəbər verir ki, bu barədə “Ultras Sumqayıt” azarkeş qrupu bəyanata yayıb:

“Sumqayıt” – “Neftçi” matçından öncə mətbuatda Samir Abasovun klubdan gedişi ilə bağlı xoşagəlməz fikirlər yayılmışdı. Onun komandanı çətin vəziyyətdə qoyub, pula görə “Neftçi”ni seçdiyi bildirilirdi. Bu, oyun zamanı çalışdırıcının ünvanına təhqiramiz ifadələr səsləndirməyimizə gətirib çıxardı. Qarşılaşmadan sonra hər şeyi aydınlaşdırdıq. Müəyyən oldu ki, Abasovun “Sumqayıt”dan ayrılmasında heç bir günahı yoxdur. Biz məsələni yanlış anlamışıq. Bu səbəbdən mütəxəssisdən və ailəsindən üzr istəyirik”.

Görüş “Sumqayıt”ın 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Əsas xəbərlər, Ölkə futbolu Qriqorçuk gətirdi, Abasov göndərəcək

9 Dekabr 2024, 16:25

Əsas xəbərlər, Premyer liqa Samir Abasov: “Vəziyyət nəzarətimizdədir”

8 Dekabr 2024, 20:31

Əsas xəbərlər, Premyer liqa “Neftçi” Sumqayıtda xalsız qaldı

8 Dekabr 2024, 19:58

Əsas xəbərlər, Premyer liqa Sumqayıtda heyətlər məlum oldu

8 Dekabr 2024, 17:25

Əsas xəbərlər, Ölkə futbolu “Neftçi” “Sumqayıt”la oyuna itkilərlə çıxacaq

7 Dekabr 2024, 22:46

Əsas xəbərlər, Ölkə futbolu “Sumqayıt” bəyanat yaydı

7 Dekabr 2024, 16:47

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью