Azarkeşlər təhdid etdi, rəhbərliyə istefa ərizəsini yolladı

23.08.2026

futbolpress-az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Roma”nın icraçı direktoru Lina Suluku istefa verib.

Futbolpress.az xəbər verir ki, buna səbəb azarkeşlərin onu ciddi tənqid etməsi olub. Bu barədə İtaliya mətbuatı məlumat yayıb.

Baş məşqçi Daniele De Rossinin ayrılığından sonra tez-tez təhdid edilən Lina və ailəsi hüquq-mühafizə orqanları tərəfindən qorunurdu. Klub rəsmisi daha sonra istefasını bildirib və rəhbərlik bunu qəbul edib.

“Roma” İtaliya A Seriyasında 5 turdan sonra 6 xalla 10-cu sıradadır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью