Cebheinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
ABŞ Prezidenti Donald Tramp Nyu-Yorkda keçirilən NBA final seriyasının oyununda azarkeşlərin fit və etirazları ilə qarşılaşıb.
"Cebheinfo.az" xəbər verir ki, Nyu-York şəhərindəki Madison Square Garden arenasında baş tutan “New-York Knicks” – “San Antonio Spurs” NBA final seriyasının 3-cü oyununu izləmək üçün tribunada yer alan Tramp, ABŞ Dövlət Himni səsləndirilərkən arenanın nəhəng ekranında göstərildiyi zaman azarkeşlərin böyük hissəsi tərəfindən uzun müddət fitə basılıb.
Ekranda Trampın görüntüsündən sonra ABŞ bayrağı nümayiş etdirildikdə fit səsləri dayanıb.Azarkeşlər isə “New-York Knicks” oyunçuları ekranda görünəndə alqış və dəstək şüarları səsləndiriblər.
Tamaşaçılar daha sonra “San Antonio Spurs” oyunçularının adları elan edilərkən də qonaq komandanın basketbolçularını yüksək səslə fitə basıblar.
Beləliklə, Tramp vəzifədə olduğu müddətdə NBA final oyununu tribunadan izləyən ilk ABŞ Prezidenti kimi tarixə düşüb.
O, qarşılaşmadan sonra Ağ Evə qayıtmaq üçün arenanı tərk edib.
Nigar Hacılı
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin