Azarkeşlər “Turan Tovuz”ı 2000 ziyana salıb İdman və Biz

08.12.2024

Idman.biz saytına istinadən Icma.az xəbər verir.

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.

İdman.biz xəbər verir ki, Azərbaycan kubokunda 1/8 finalın “Turan Tovuz” – “Sabah” oyununda baş verənlər müzakirə olunub.

“Turan Tovuz”un azarkeşləri tərəfindən hakimlərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə ikinci dəfə yaşandığına görə klub 500 manat cərimə edilib. Azarkeşləri pirotexniki vasitədən istifadə etdiklərinə Tovuz klubunun daha 1500 manat cəzaya məruz qalıb.

Azərbaycan Kubokunda 1/8 finalının “Kəpəz” – “İmişli” oyununda meydan sahiblərinin 4 futbolçusu sarı vərəqə aldığına görə “Kəpəz” komandası 700 manat cərimə edilib.

İdman.biz

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью