Azarkeşlər ulduz futbolçunu fitə basdı Madriddə üsyan

22.04.2025

Metbuat saytından alınan məlumata görə, Icma.az bildirir.

Çempionlar Liqasındakı uğursuzluqdan sonra "Real Madrid"in azarkeşləri ulduz futbolçu Kilian Mbappeni hədəfə alıb.

Metbuat.az xəbər verir ki, “Santyaqo Bernabeu”da “Real” və “Atletik” klubları arasında keçirilən matçda tribunada gözlənilməz hadisə baş verib. Cəzalı olduğu üçün matçda oynaya bilməyən Kilian Mbappe azarkeşlərin etirazı ilə üzləşib. Azarkeşlər oyunu tribunadan izləyən Mbappeni fitə basıblar. Azarkeşlər Mbappenin zəif oyununa və qırmızı vərəqə aldığı üçün oyundan qovulmasına etiraz ediblər.

Qeyd edək ki, “Real Madrid” Federiko Valverdenin qolu ilə 1:0 hesabı ilə qalib gəlib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью