Icma.az, Footbal-plus saytına istinadən bildirir. Sabah millimiz Avropa çempionatının əsas mərhələsində mübarizəyə başlayacaq."Football-plus
O, Azərbaycan Futzal Federasiyasının saytına açıqlamasında oyuna yaxşı hazırlaşdıqlarını deyib: “Toplanış səmərəli keçir.
Həm fiziki, həm də taktiki planda işlər görülür. Komandanın oyuna hazır olması üçün məşqçi-texniki heyət əlindən gələni edir.
Rəhbərlik də hazırlaşmaq üçün hər cür şərait yaradıb. Buna qədər də bir neçə yoldaşlıq oyunları keçirdik.
Bilirsiniz ki, heyətimizdə gənc futzalçılar az deyil. Həmin matçlar gənclərin beynəlxalq oyun təcrübəsi toplaması, özlərini yaxşı tərəfdən g
Biz oyunçular məsuliyyətimizi dərk edirik. Bilirik ki, bizi ağır oyun gözləyir.
Birinci görüşlər hər zaman çətin keçir”.Futzalçı rəqibin oyununu izlədiklərini, fiziki planda güclü olduqlarını qeyd edib: “İsveç xüsusilə fiziki cəhətdən hazırlıqlı komandadı.
Yunanıstanla görüşə komnada olaraq birgə baxdıq. Məşqçimiz də zəif və təhlükəli tərəflərini bizə izah edib.