Azarkeşləri atəşə tutdular

20.06.2026

Icma.az, Footbal-plus saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Argentina yığmasının azarkeşləri qorxulu vəziyyətə düşüb. Onlar dünya çempionatının Əlcəzair ilə matçına gedərkən silahlı insidentlə üzləşib.

"Football-plus.az" xəbər verir ki, “The New York Times” qəzetinin məlumatına görə, azarkeşlər taksi ilə stadiona yollanarkən naməlum şəxs avtomobilə atəş açıb. Hadisə nəticəsində taksi sürücüsü yaralanıb, argentinalı azarkeşlər isə xəsarət almayıblar. Polis daha sonra fanatların stadiona təhlükəsiz çatdırılması üçün onları patrul avtomobilləri ilə müşayiət edib. ABŞ-nin hüquq-mühafizə orqanları atəşi açan şəxsin axtarışını davam etdirir. Cümə axşamına olan məlumata görə, onun kimliyi hələ müəyyənləşdirilməyib.
Yerli mənbələrin məlumatına görə, Kanzas şəhərində Argentina ilə Əlcəzair arasında keçirilən və cənubi amerikalıların 3:0 hesablı qələbəsi ilə başa çatan oyun ərəfəsində 5 silahlı insident qeydə alınıb. Nəticədə 1 nəfər həlak olub, 4 nəfər, o cümlədən taksi sürücüsü yaralanıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью