Azarkeşləri iki klubu ziyana saldı

03.06.2026

Icma.az bildirir, futbolpress-az saytına əsaslanaraq.

AFFA İntizam Komitəsinin iclası keçirilib.

Futbolpress.az xəbər verir ki, toplantıda I Liqanın XX turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:

“Səbail” – “Turan Tovuz” oyunu bitdikdən sonra “Turan Tovuz” klubunun 77 nömrəli futbolçusu Veysəl Rzayev azarkeşi vurmağa cəhd etdiyinə görə 1 oyun şərti olmaqla 2 oyun cəzalandırılsın, “Turan Tovuz” klubu 2000 manat cərimə edilsin. Sınaq müddəti 3 ay təyin edilsin (maddə 40.5; 32)

“Sabah” – “Kəpəz” oyunu bitdikdən sonra “Kəpəz” klubunun azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə “Kəpəz” klubu 1500 manat cərimə edilsin (maddə 52.2);

“Araz-Naxçıvan” – “Sumqayıt” oyununda “Sumqayıt” klubunun azarkeşləri tərəfindən hakimlərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə 3-cü dəfə təkrarlandığına görə “Sumqayıt” klubu 1000 manat cərimə edilsin (maddə 43.7);

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью