Qol.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Azarkeşlərinin DÇ-2026-ya səfərini maliyyələşdirdilər
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Qətər Futbol Assosiasiyası milli komandanın DÇ-2026 oyunlarına azarkeş cəlb etmək üçün onların səfər xərclərini qarşılayıb.
QOL.az xəbər verir ki, bu barədə "The Telegraph" məlumat yayıb.
Qətərdən təxminən 1000 azarkeşə tam paket təqdim olunub. Buraya ABŞ-a aviabilet, stadionun yaxınlığındakı oteldə yerləşmə və oyun biletləri daxil edilib.
Həmçinin qarşılaşmalardan əvvəl azarkeşlərə milli komandanın rənglərində hazırlanmış azarkeş dəstləri – futbolka, papaq və gün eynəyi də paylanıb.
Qeyd edək ki, Qətər millisi DÇ-2026-nın B qrupunda Kanada, İsveçrə və Bosniya və Herseqovina ilə mübarizə aparıb. Komanda qrupu sonuncu pillədə başa vuraraq turnirlə vidalaşıb.