Azarkkeşləri Neftçi ni ziyana saldı

30.01.2025

Icma.az xəbər verir, Sportal.az saytına əsaslanaraq.

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.

Sportal.az AFFA-ya istinadən xəbər verir ki, iclasda aşağıdakı qərarlar qəbul edilib:

26 yanvar 2025-ci il tarixində Misli Premyer Liqasında XX turun “Araz-Naxçıvan” – “Neftçi” oyununda “Neftçi” klubunun azarkeşləri tərəfindən stadionda 17 ədəd oturacağın qırılması ilə əlaqədar stadiona dəymiş zərər “Neftçi” klubu tərəfindən ödənilsin (maddə 54.2);
26 yanvar 2025-ci il tarixində Misli Premyer Liqasında XX turun “Qarabağ” – “Turan Tovuz” oyunu bitdikdən sonra “Qarabağ” klubu AFFA nümayəndəsinin tələblərini yerinə yetirmədiyinə görə “Qarabağ” klubu 2000 manat cərimə edilir (maddə 73.3);

saytlarin hazirlanmasi
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью