Azay Quliyev ATƏT PA nın Büro iclasında iştirak edəcək

04.04.2025

Gununsesi portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Milli Məclisin ATƏT PA-da nümayəndə heyətinin üzvü, bu qurumun İqtisadi məsələlər, elm, texnologiya və ətraf mühit komitəsinin sədri və Büro üzvü Azay Quliyev aprelin 5-dən 8-dək Danimarkanın Kopenhagen şəhərində səfərdə olacaq.

Gununsesi.info xəbər verir ki, bu barədə məlumat Milli Məclisdən verilib.

Bildirilir ki, səfər çərçivəsində Azay Quliyev ATƏT PA-nın Büro iclasında iştirak edəcək.

İclasda qurumun məsul şəxslərinin məruzələri dinlənəcək, ATƏT regionundakı ictimai-siyasi vəziyyət müzakirə olunacaq, ATƏT PA-nın fəaliyyəti haqqında məlumat veriləcək, Assambleyanın qarşıdakı 32-ci illik sessiyasına hazırlıq  və digər məsələlərə baxılacaq.

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью